Bütün Avropanın haqqında danışdığı Toral Bayramov və sehrli sol ayağı
"Qarabağ"ın 23 yaşlı futbolçusu Toral Bayramov ötən gecə Norveçin "Bodø/Glimt" komandasına vurduğu qolla adından söz etdirib. Belə ki, Toralın cərimə meydançasından kənarda vurduğu dəqiq zərbə UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu olub.
BAKU.WS hazırda dünya futbolsevərlərinin diqqət mərkəzində olan gənc futbolçumuz haqqında bəzi maraqlı məlumatları təqdim edir:
"Qarabağ" Futbol Klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Toral Bayramov 23 fevral 2001-ci ildə Lənkəranda anadan olub.
O, 2018-2019-cu futbol mövsümündə Azərbaycan U19, 2019-2021-ci illərdə Azərbaycan U21 millilərinin şərəfini qoruyub. Toral 2021-ci ildən bəri Azərbaycan milli futbol komandasında çıxış edir. O, millidə ümumilikdə 27 oyun keçirib, 4 qol vurub. Məşhur "Transfermarkt" portalına görə oyunçunun transfer dəyəri 1 milyon avrodur.
Toral Bayramov 2020-ci ildə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində Fransa millisinə vurduğu qolla da gündəmə gəlmişdi. Hesabda 0-2 top fərqi ilə geri düşdüyümüz matçın 90-cı dəqiqəsində Toral cərimə zərbəsindən fərqlənərək fransızları məyus etməyi bacarmışdı.
Qeyd edək ki, Toral Bayramovun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Banu Hüseynli
Oxşar xəbərlər
İslam Mahaçev və Umar Nurməhəmmədovun rəqibləri bəlli oldular
Rusiyalı Mütləq Döyüş Çempionatı (UFC) döyüşçüləri İslam Mahaçev və Umar Nurməhəmmədovun döyüşəcəyi tarix və rəqibləri açıqlanıb. Oxu.Az xəbər verir ki, İslam M...