Avropa Liqasının Pley-offuna vəsiqə qazanan 15 klub müəyyənləşdi

Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış turnirin pley-off mərhələsində mübarizəni davam etdirəcək 15 klub bəlli olub.
BAKU.WS xəbər verir ki, pley-offa vəsiqəni artıq təmin edən klublar arasında "Latsio", "Ayntraxt" (Frankfurt), "Atletik", "Mançester Yunayted", "Lion", "Tottenhem", "Anderlext", "Styaua", "Qalatasaray", "Budö/Qlimt", "Viktoriya" (Plzen), "Olimpiakos", "Reyncers", "AZ Alkmaar" və "Union" yer alır.
Pley-offa qalan 9 yer uğrunda isə 14 klub mübarizə aparır: "Ayaks", PAOK, "Real Sosyedad", "Midtyulland", "Elfsborq", "Roma", "Ferentsvaroş", "Fənərbaxça", "Beşiktaş", "Porto", "Tvente", "Braqa", "Hoffenhaym" və "Makkabi" (Təl-Əviv).
Oxşar xəbərlər
AFFA rəsmisi: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram"
"Sabah" UEFA Konfrans Liqasında uğurlu nəticələr əldə etməklə azarkeşləri sevindirəcək. Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadı...