"Səbail"Avropa Liqasında mübarizəni dayandırdı (YENİLƏNİB)

SəbailAvropa Liqasında mübarizəni dayandırdı (YENİLƏNİB)
İdman 533
Bakının “Səbail” klubu avrokuboklarda çıxışını başa vurub.BAKU.WS-in məlumatına görə, İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində Krayivo “Universitatea” (Rumıniya) - “Səbail” (Bakı) komandaları qarşılaşıb.Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Ağabala Ramazanov və Dilan Duventru fərqləniblər. Beləliklə, öz meydanında eyni hesabla məğlub olan “Səbail” avrokuboklarda mübarizəsini dayandırıb.Rumıniya təmsilçisi növbəti mərhələdə “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.20:00Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir. Yarışa bu raunddan başlayan Azərbaycanın "Səbail" klubu da cavab oyununu keçirir.Topaz Premyer Liqasının bürünc mükafatçısı səfərdə “Universitatya Krayova” ilə üz-üzə gəlir. Aftandil Hacıyevin komandası çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparır.Bakıda 2:3 hesabı ilə uduzan təmsilçimiz Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır. Avropa LiqasıI təsnifat mərhələsiCavab oyunu18 iyul20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 0:0Baş hakim: Helqi Mikael Yonasson“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş Baş məşqçi: Korneliu Papura “Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru Baş məşqçi: Aftandil Hacıyev Krayova. İon Oblemenko stadionuİlk oyun – 3:2
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Qarabağ” qalib gəldi - YENİLƏNİB

“Qarabağ” qalib gəldi - YENİLƏNİB

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu başa çatıb.BAK...

828 İdman 23:00 17 iyul 2019

Son xəbərlər