Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya seçməsini məğlub etməklə buna nail olub.
"Tipos Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.
Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.
Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib -3:1.
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Qalereya
Oxşar xəbərlər
"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurub
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində mübarizəni başa vurub. BAKU.WS report-a istinadən xəbə...