AVRO-2024-ün maskotunun adı açıqlanıb
05
iyl
2023
19:44
Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi masqotunun adı açıqlanıb.
BAKU.WS-in UEFA-nın saytına istinadən məlumatına görə, oyuncaq ayı olan talismana "Albert" adı verilib.
Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.
Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...