AVRO-2024: Belçika millisi ilk oyunda məğlub olub - YENİLƏNİB - 4
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.
"Report"un məlumatına görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.
E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
***21:05
Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.
7-ci dəqiqədə İvan Şrants fərqlənib
***20:51
Almaniya keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.
7-ci dəqiqədə İvan Şrants fərqlənib.
***20:11
Almaniya keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında hesab açılıb.
7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.
***20:01
Almaniya keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.
Belçika - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.
E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Oxşar xəbərlər
AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib - YENİLƏNİB - 5
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub. E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib. Qarşılaşma rum...