Ata və oğul eyni turnirdə çempion oldu

Ata və oğul eyni turnirdə çempion oldu
Foto
İdman 35

İdmançı ata və oğul Türkiyənin İstanbul şəhərində keçirilən sotokan karate üzrə 16-cı dünya çempionatında böyük uğura imza atıblar.

BAKU.WS-in məlumatına görə, ata Orxan Heydərli və oğlu Heydərli Əbülfəz Orxan oğlu qızıl medallar qazanıb.

Yarışın ilk günlərində, 24 aprel tarixində keçirilən çıxışlarda Heydərli Əbülfəz Orxan oğlu 10-11 yaş kateqoriyasında (-40 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

26 aprel tarixində isə böyük yaş qrupunun yarışlarında Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Mərkəzinin baş giziri Orxan Heydərli kişilər arasında +84 kq çəki dərəcəsində 1-ci yeri tutaraq qızıl medala layiq görülüb. Bu qələbə ilə o, artıq dördüncü dəfə dünya çempionu adına yiyələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər