Argentina millisinin məğlubiyyətindən sonra Buenos-Ayresdə iğtişaşlar baş verib
Futbol üzrə dünya çempionatının finalında İspaniyaya uduzan Argentina millisinin azarkeşlərinin Buenos-Ayresdə təşkil etdiyi izdiham gecə saatlarında polis ilə qarşıdurmaya çevrilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtın mərkəzindəki Obelisk meydanına toplaşan minlərlə azarkeşi dağıtmaq üçün polis xüsusi vasitələrdən istifadə edib. Hüquq-mühafizə orqanları yerli vaxtla saat 23:30 radələrində izdihamı prospektdən uzaqlaşdırmağa başlayıb.
Məlumata əsasən, polis rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. İlkin məlumatlara görə, qarşıdurma zamanı xəsarət alanlar var.
Şahidlərin sözlərinə görə, polis müdaxiləsi hüquq-mühafizə əməkdaşlarına tərəf şüşə butulkalar atıldıqdan sonra başlayıb.
Qeyd olunur ki, bundan əvvəl Argentina millisinin finalda məğlub olmasına baxmayaraq, minlərlə sakin, o cümlədən uşaqlı ailələr komandaya dəstək vermək üçün Obelisk meydanına toplaşmışdı. Axşam saatlarınadək vəziyyət sakit olsa da, sonradan nəzarətdən çıxıb.
Xatırladaq ki, dünya çempionatının finalında İspaniya Argentinanı əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Oxşar xəbərlər
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/2027 mövsümünə heç-heçə ilə start verib. BAKU.W...