Arda Gülərin səbri tükəndi - Gedir…
İspaniya nəhəngi "Real Madrid"də çıxış edən Türkiyə millisinin futbolçusu Arda Gülərin baş məşqçi Karlo Ançelotti ilə problem yaşadığı iddia olunur.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Atletiko Madrid"lə görüşdə oyuna salınmayan Arda bu səbəbdən məşqçidən inciyib.
Məlumata görə, "Real Madrid"in təcrübəli çalışdırıcısı Karlo Ançelotti Arda Gülərin oyunundan razı deyil.
Əvvəlki açıqlamasında komandada rəqabətin çox yüksək olduğunu vurğulayan Ançelotti, gənc futbolçunun ilk 11-likdə yer tapmasının asan olmadığını, ötən mövsümlə müqayisədə şanslarının daha çox olduğunu bildirmişdi.
Xəbərin detallarında qeyd edilib ki, Arda artıq "Real Madrid"dən getməyi düşünür.
Oxşar xəbərlər
"Barselona"nın sabiq baş məşqçisi: Hakimlər tarixən "Real"a daha çox rəğbət göstərib
"Barselona"nın sabiq futbolçusu və baş məşqçisi Karles Reşak hakimlərin tarixən "Real Madrid"ə daha çox üstünlük verdiyini iddia edib. BAKU.WS xəbər verir ki, R...