Arda Gülərin "Real"da debüt edəcəyi tarix bəlli olub
30
okt
2023
17:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisinin futbolçusu Arda Gülərin İspaniyanın "Real" klubunda debüt edəcəyi tarix bəlli olub.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin "Rayo Valyekano"ya qarşı La Liqanın 12 turunun oyununda meydana çıxacağı gözlənilir.
Qarşılaşma noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Arda Gülər iyulun 7-də "Kral klubu" ilə müqavilə imzalayıb. O, daha sonra zədələndiyi üçün meydana çıxa bilməyib.
Oxşar xəbərlər
“Real Madrid”dən Arda Gülər qərarı! - Ançelotti açıqladı, hönkür-hönkür ağladı - FOTO
İspaniyanın “Real Madrid” klubuna transfer olunduğu gündən bəri 2 dəfə zədələnən Türkiyə millisinin 17 yaşlı futbolçusu Arda Gülərin “Sevilya” ilə qarşılaşmada...