İspaniya La Liqası: "Barselona" yenə uduzdu - VİDEO

İspaniya La Liqası: Barselona yenə uduzdu - VİDEO
Video
İdman 172

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Barselona" səfərdə "Rayo Valyekano"nun qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "Rayo Valyekano" 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, "Barselona" ötən tur El Klasikoda "Real Madrid"ə 1:2 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Barselona" ilk qələbəsini qazandı, "Volfsburq" uduzdu - VİDEO

Çempionlar Liqası: "Barselona" ilk qələbəsini qazandı, "Volfsburq" uduzdu - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hər iki qarşılaşmada meydan sahibləri...

136 İdman 00:01 21 oktyabr 2021

Son xəbərlər