Ançelottiyə görə dünyanın ən yaxşı futbolçusu kimdir?

Ançelottiyə görə dünyanın ən yaxşı futbolçusu kimdir?
İdman 2

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının çempionluq uğrundakı mübarizədə "Jirona"ya 4-0 qalib gəldiyi oyundan sonra bəzi futbolçuları tərifləyib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Bu oyun səviyyəsi və işə münasibətlə Vinisius mənim üçün dünyanın ən yaxşısıdır. O, yüksək səviyyəli matç keçirdi. Bellinqem ikinci, Rodriqo isə üçüncüdür", - İtaliyalı mütəxəssis bildirib.

Xatırladaq ki, İspaniya Primerasının 24-cü turu çərçivəsində baş tutan "Real Madrid" - "Jirona" matçında Vinisius bir qol vurub və iki məhsuldar ötürmə edib. Ümumilikdə, bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 21 matçda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər