"Real" Ançelotti ilə müqaviləni uzatdı

İspaniya nəhəngi "Real Madrid"in rəhbərliyi 64 yaşlı italiyalı baş məşqçi Karlo Ançelotti ilə müqaviləni uzadıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid klubu ilə Ançelotti arasında yeni müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Daha əvvəl "kral klubu"nun məşqçi ilə müqaviləni 2024-cü ilin yanvarında uzatmaq niyyətində olduğu bildirilirdi.
Xatırladaq ki, Ançelotti 2021-ci ilin yayında "Real Madrid"ə rəhbərlik edir.
Karlo məşqçilik karyerası ərzində "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ, "Bavariya" və "Napoli"nin sükanı arxasına keçib.
Oxşar xəbərlər
"Əl-İttihad" "Real"ın daha bir ulduzunu transfer etmək istəyir
"Real Madrid"in müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçə bilər. BAKU.WS bu barədə "Relevo" nəşrinə istinadən xəbər verir. Mənbən...