"Real Madrid"dən Ançelottiyə yeni TƏKLİF

"Real Madrid" futbol komandasının baş məşqçisi Karlo Ançelotti Madrid klubunda qala bilər.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez məlumat yayıb.
Qeyd edilir ki, "Real Madrid" rəhbərliyi 64 yaşlı italiyalı mütəxəssisə yeni müqavilə təklif edib və tərəflər müqavilənin uzadılması üçün danışıqlar aparır.
Bundan əvvəl Ançelottinin cari mövsümün sonunda Braziliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.
Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"i çalışdırır. Mütəxəssisin rəhbərliyi altında "kral klubu" İspaniya Liqası, Kuboku və Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, eləcə də Klublararası Dünya Kubokunu qazanıb.
Oxşar xəbərlər
“Qarabağ”ın avrokuboklarda 18 böyükhesablı qələbəsi - ARAŞDIRMA
“Qarabağ”ın avrokuboklarda böyükhesablı qələbələrinin sayı artıb. “Report”un araşdırmasına görə, Azərbaycan çempionu qitəmiqyaslı turnirlərdə rəqiblərini 18-ci...