Karlo Ançelotti məhkəmə qarşısına çıxarılacaq

Karlo Ançelotti məhkəmə qarşısına çıxarılacaq
İdman 69

İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Karlo Ançelotti təxminən 400 min avro vergi fırıldaqçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.

Nəşr bildirir ki, məhkəmə artıq mütəxəssisə qarşı istintaqı yekunlaşdırır.

O, "qaymaqlılar"ın başında ilk işlədiyi dövrdə gəlirinin bir hissəsini gizlədib.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real Madrid"i çalışdırır.

Bu müddət ərzində o, İspaniya çempionatında komandanı qələbə ilə idarə etməyi bacarıb, ölkə Kubokunu və Çempionlar Liqasını qazanıb.

Son xəbərlər