Ançelottidən "Osasuna" azarkeşlərinə etiraz: Türkiyəyə qarşı hörmətsizlikdir!

Ançelottidən Osasuna azarkeşlərinə etiraz: Türkiyəyə qarşı hörmətsizlikdir!
İdman 157

Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələlər dünya ictimaiyyətində böyük hüzn və kədərlə qarşılanıb. Bu məqsədlə zəlzələ qurbanlarının xatirəsi bir çox ölkənin milli çempionatlarında bir dəqqiqəlik sükutla yad edilib.

BAKU.WS xəbər verir ki, ötən gün "Osasuna" - "Real Madrid" matçında yerli azarkeşlərin etdiyi hərəkət isə böyük etirazlara səbəb olub.

Belə ki, zəlzələ qurbanları üçün bir dəqiqəlik sükut elan olunduqdan sonra yerli azarkeşlər "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədib və onu təhqir ediblər.

"Real"ın baş məşqçisi Karlo Ançelotti matçdan sonra məsələyə münasibət bildirərkən deyib ki, bu hərəkət həm futbolçu, həm də ölkələrə qarşı hörmətsizlikdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər