AFFA Elbrus Abbasovun müalicəsini nəzarətə götürdü
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA koronavirusa yoluxmuş veteran futbolçu Elbrus Abbasovun müalicəsini nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov sabiq hücumçunun səhhətinin ağırlaşmasından xəbər tutduqdan sonra E.Abbasovun müalicə aldığı "Yeni klinika" ilə əlaqə saxlayıb.
Həkimlər bildiriblər ki, hazırda reanimasiyada olan keçmiş hücumçu komadan ayıldıqdan sonra müalicəsinin yüksək səviyyədə davam etdirilməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra Elbrus Abbasov elə doğma rayonunda müalicə alıb. Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...