AİBA-ya yeni prezident seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yeni prezidenti məlum olub.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, bu gün keçirilən növbədənkənar Konqresdə rusiyalı Umar Kremlyov yeni prezident seçilib.
Koronavirus pandemiyası səbəbindən onlayn təşkil edilən tədbirdə Kremlyov respondentlərin 57,33 faiz səsini toplayıb. Yeni prezident 2017-ci ildən çalışdığı Rusiya Boks Federasiyasının baş katibi vəzifəsindən istefa verib. 38 yaşlı Kremlyov eyni zamanda Avropa Boks Konfederasiyasının birinci vitse-prezidentidir.
Qeyd edək ki, AİBA prezidentliyinə ümumilikdə 7 namizəd təsdiqlənmişdi ki, onlardan biri Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov olub.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...