SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, Super Liqa təmsilçisi xorvatiyalı mütəxəssis Robert Prosineçkinin təyinatını açıqlayıb.

Ötən mövsümün gedişində “Kayserispor”un baş məşqçisi təyin olunan, lakin komandası ilə sonuncu yeri tutan 51 yaşlı mütəxəssis “yaşıl-qaralar”ın “sükanı arxası”na keçib. Onunla müqavilə avqustun 14-də imzalanacaq.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Kayseri təmsilçisində keçirdiyi 19 matçda 6 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətə şahid olub.

BAKU.WS