Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün "Böyük Dəbilqə" turnirində iştirak etməyib

Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Böyük Dəbilqə turnirində iştirak etməyib
İdman 26

Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı çəkisini sala bilmədiyi üçün turnirdən kənarda qalıb.

****

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.

H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilkin raundlarda məğlub olublar.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər