VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, "Qarabağ" bu gündən məşqləri bərpa edib.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib.

Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

"Qəbələ" də bu gün hazırlığı bərpa edib.

Əyalət təmsilçisi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında məşqə çıxıb.

Martda ölkəsinə yollanan ispaniyalı yarımmüdafiəçi Fernan Lopes hazırlıq prosesində iştirak etməyib.

Qeyd edək ki, pandemiya səbəbindən dayandırılan Premyer Liqa iyunun 21-də bərpa olunacaq.

BAKU.WS
VİDEO

QALEREYA