Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb
Misli Premyer Liqasında V tura start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub.
Yevlax şəhər stadionunda baş tutan qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.
Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.
Xallarının sayını 12-yə çatdıran "Neftçi" birinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.
Xatırladaq ki, turun digər oyunları 12, 13 və 14 sentyabrda olacaq.
Oxşar xəbərlər
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
2026-cı il Bakıda Formula 1 tarixinin əlamətdar mərhələlərindən biri olacaq - Azərbaycan Qran-prisi şəhərdə onuncu dəfə keçiriləcək. Geridə qalan on il ərzində...