Azərbaycan K-1 döyüşçüsü Zabit Səmədov RF Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla birgə videosunu paylaşıb. 

BAKU.WS-in məlumatına görə, videodan göründüyü kimi idmançımız Kadırovla birlikdə gənc idmançılara kik-boksinq üzrə sirləri öyrədir. 

Xatırladaq ki, Azərbaycan K-1 döyüşçüsü Zabit Səmədova yeni vəzifə verilib. Azərbaycanlı idmançı "Axmat" Respublika Kikboksinq Klubuna prezidenti olub. Bu barədə Çeçenistan lideri Ramzan Kadırov Instagram hesabından bildirib.  

Kadırov qeyd edib ki, Zabitin təcrübəsi idmançıların döyüş qabiliyyətinin artırılmasına mühüm imkan yaradacaq. Çeçen lider bir ay sonra ölkədə kik-boksinq üzrə yarışların başlayacağını xatırladıb. 
 
BAKU.WS