13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə lap az vaxt qalıb.
 
BAKU.WS-in məlumatına görə, 17-19 iyun tarixində dünyanın ən güclü pilotları məhz bu trekdə mübarizə aparacaqlar.
 
2016-ci il Formula 1 Avropa Qran Prisi azarkeşlərə start/finish zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.

Yarış Həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə Bakı Şəhər Halqasında Formula 1 avtomobilləri YUNESKO-nun Dünya Maddi İrs Siyahısına daxil edilmiş İçərişəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.

Şahin Həbibov
BAKU.WS