Ramil Şeydayev "Sabah"la müqavilə bağladı - VİDEO

“Sabah” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı hücumçu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.
Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.
Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.
Oxşar xəbərlər
Klub prezidenti Şeydayevin transferi barədə: “Sabah”la müqavilə onun Avropaya yolunu bağlamır”
“Sabah” klubunun Azərbaycan millisinin əsas üzvlərindən Ramil Şeydayevi heyətinə cəlb etməsi bir qədər gözlənilməz olub. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir...