Şenol Günəşə “Neftçi”nin forması hədiyyə olunub

AVRO-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena” ilə tanış olub.
BAKU.WS-in məlumatına görə, klub prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi” forması verilib.
Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib.
Qeyd edək ki, AVRO-2020-də A qrupunda yer alan “ay-ulduzlular” İtaliya ilə Romada, Uels və İsveçrə ilə Bakıda oynayacaqlar.
Oxşar xəbərlər
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb
Dekabrın 5-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşlə görüşüb. BAKU.WS AFFA-ya is...
