SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin "Tottenhem" klubu Maurisio Poçettinonun istefasından sonra baş məşqçi postuna portuqaliyalı Joze Mourinyonu təyin edib.

BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mourinyo ilə müqavilə 2022/23 mövsümünün sonuna qədər imzalanıb. Onun məvacibi ildə 13 milyon avro təşkil edəcək.

"Jose ən uğurlu futbol məşqçilərindən biridir. Zəngin təcrübəyə malikdir və komandaları ilhamlandırmağı bacarır. Məşqçi olduğu hər klubda hörmətlə qarşılanıb. Əminik ki, o kluba enerji və inam gətirəcək",-deyə London klubunun prezidenti Daniel Levi bildirib.

BAKU.WS