U-19-un bir neçə futbolçusu cərimələnib - AFFA təsdiqlədi

23
okt
2019
23:55
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada çıxış edən zaman gündəmə gəlib.BAKU.WS xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində müvafiq yaş qrupuna aid Azərbaycan milli komandasının bir neçə futbolçusunun intizam qaydalarını pozması - siqaret çəkməsi komandanın məşqçi heyəti tərəfindən müəyyən olunub. Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq. İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.
Oxşar xəbərlər
Macarıstan-Azərbaycan oyununa tamaşaçı buraxılmayacaq
Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də Budapeştin “Groupama Aréná” stadionunda Macarıstan və Azərbaycan yığmaları arasında...
