Azərbaycan yığması ilk qələbəsini qazanıb

Azərbaycan yığması ilk qələbəsini qazanıb
İdman 495
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.BAKU.WS-in məlumatına görə, rəqib Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası olub. “Dalğa Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.Azərbaycan millisinin hər iki qolunu Barış Ekincier vurub. O, 7-ci və 90+3-cü dəqiqədə fərqlənib. Qonaq komandadan isə yeganə topun müəllifi 82-ci dəqiqədə Lyubomir Tupta olub.Bu, Azərbaycan yığmasının 2-ci qrupda ikinci, Slovakiyanın isə ilk matçı olub. Milan Obradoviçin baş məşqçi olduğu komanda daha əvvəl səfərdə Lixtenşteynə uduzub - 0:1. Bu gün qələbə qazanmaqla, milli komanda qrupda ilk dəfə 3 xala sevinib.Növbəti oyun sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.Avropa çempionatı, II tur6 sentyabr20:30. Azərbaycan - Slovakiya - 2:1Qollar: Barış Ekincier, 7; 90+3 - Lyubomir Tupta, 82Baş hakim: Deyan YakimovskiBaş hakimin köməkçiləri: Nikola Karakolev, Kushtrim LikaDördüncü hakim: İqor Stoychevski (hamısı Şimali Makedoniya).

Oxşar xəbərlər

Azərbaycan Slovakiyaya böyük hesabla məğlub oldu - 1:5 (YENİLƏNİB)

Azərbaycan Slovakiyaya böyük hesabla məğlub oldu - 1:5 (YENİLƏNİB)

Futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində növbəti oyununa çıxıb.Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasını qəbul ed...

1221 İdman 21:52 11 iyun 2019

Son xəbərlər