SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan - Azərbaycan matçı başa çatıb. 

BAKU.WS xəbər verir ki, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma komandamız Budapeştdə keçirilən qarşılaşmada 1:0 hesabı ilə məğlub olub. 

***20:45

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında ilk hissə sona çatıb. 

BAKU.WS xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0

***17:00

Bu gün Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsində növbəti qarşılaşmasına çıxacaq.

BAKU.WS
verir ki, millimiz səfərdə Macarıstan kollektivi ilə qarşılaşacaq.

Bakıda rəqibinə 1:3 hesabı ilə məğlub olan yığmamız səfərdə bunun əvəzini çıxmağa çalışacaq.

13 oktyabr
Avro-2020-nin seçmə mərhələsi

E qrupu
20:00. Macarıstan – Azərbaycan
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.
BAKU.WS