Məşhur klub baş məşqçisini qovdu

08
okt
2019
09:09
Fransanın “Lion” futbol klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırır. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.Qeyd olunub ki, komanda baş məşqçilə müqavilənin ləğvinə səbəb olacaq prosedura başlayıb. Bu prosedur zamanı komandanın məşq prosesinə Silvinyonun köməkçisi Jerald Batikl rəhbərlik edəcək. Ona isə klubun idman direktoru Juninyo Pernambukano nəzarət edəcək.Fransa Liqasının 9-cu turunda “Lion” 90-cı dəqiqədə qapısına top buraxaraq “Sent-Etyen”nə məğlub olub (0: 1). Bunula da klub 9 oyunda 9 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində 14-cü yeri tutur.

Oxşar xəbərlər
“Traktor” məşhur futbolçunu transfer edir
Təbrizin "Traktor" klubu dünya səviyyəli futbolçu transfer edir.BAKU.WS fanat.az-a istinadən xəbər verir ki, Mustafa Dənizlinin başçılıq etdiyi Cənubi Azərbayca...