SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda "tay-breyk" görüşünə çıxıb. 

BAKU.WS xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlir.

İlk duel 64-cü gedişdə heç-heçə ilə bitib. İkinci qarşılaşma da 40-cı gedişdə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanır.
BAKU.WS