SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. 

BAKU.WS xəbər verir ki, səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

"Qarabağ" APOEL-i keçsə, pley-offdakı il oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferençvaros" (Macarıstan) / "Maribor" (Sloveniya) - "Rosenborq" (Norveç)

CFR Kluj (Ruminiya) - "Seltik" (Şotlandiya) / "Slavia" (Praqa, Çexiya) 

"Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka)

APOEL (Kipr) - "QARABAĞ" (AZƏRBAYCAN) / PAOK  (Yunanıstan) - "Ayaks" (Hollandiya)

"Bazel" (İsveçrə) - LASK (Avstriya) / "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)

"Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) / "Krasnodar" (Rusiya)- "Porto" (Portuqaliya)
BAKU.WS