Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb.

Matçda cəmi 1 qol vurulub. 45+1-ci dəqiqədə Dario Federikonun vurduğu qol “Neftçi”yə qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) - 0:1
Qol: Dario Federiko, 45+1 BAKU.WS