SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" oyununun hakimləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, matçın baş hakimi moldovalı Dumitru Muntyana olacaq.

Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər.

Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz yekunlaşıb.
BAKU.WS