“Qarabağ”ın matçı moldovalılara tapşırıldı
15
iyl
2019
15:32
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" oyununun hakimləri açıqlanıb.BAKU.WS xəbər verir ki, matçın baş hakimi moldovalı Dumitru Muntyana olacaq.Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər.Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz yekunlaşıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Partizani" - "Qarabağ" oyunu bitdi (YENİLƏNİB)
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün keçirilən "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) oyunu 0:0 hesabı ilə bitdi. ***İyulun 10-da keç...