SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəni atlet yığma komandasının üzvü olan azərbaycanlı Ramil Quliyev növbəti uğurunu qazanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Birliyi tərəfindən keçirilən Almaz Liqanın Qətər mərhələsində kişilərin 200 metr məsafəyə qaçışında mübarizə aparıb.

28 yaşlı atlet 19.99 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Avropa və dünya çempionu Quliyev bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb.

BAKU.WS
VİDEO

QALEREYA