Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib

Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətdə Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:
"Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiyadan xahiş etmişik"
N.Əzizov Azərbaycan Rusiya tərəfinin daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlayacağına ümid etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvanda nəqliyyat layihələrini müzakirə edib
Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə...
