Dünya Çempionu Ramil Quliyev: "Mən Türkəm, Atatürkün övladıyam"

Dünya Çempionu Ramil Quliyev: Mən Türkəm, Atatürkün övladıyam
İdman 2659
 

Türkiyə idmanında tarix yazan azərbaycanlı atlet Ramil Quliyev türk olduğunu deyib. 

BAKU.WS-in məlumatına görə, azərbaycanlı atlet onu təbrik edənlərə və dəstək olanlara təşəkkür edib:

"Hər kəsə dəstək üçün təşəkkür edirəm. Bu mənim üçün ən gözəl andır. Bu qürür hamımızındır. Mən Türkəm və Atatürkün övladıyam”. 

Qeyd edək ki, ötən gün Ramil Quliyev Londonda keçiriən Dünya Çempionatında 200 metr məsafəyə qaçışda rəqiblərini geridə qoyaraq çempion olub. İdmançını bu uğurundan sonra Türkiyə və Azərbaycan prezidentləri təbrik edib. Ramil Quliyev qaçış zolağına Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə çıxıb. 

Tuncay

BAKU.WS

Son xəbərlər