Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb:
"Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da buna sadiqdir. Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir".
Oxşar xəbərlər
Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb
Almaniyanın Essen şəhərində narkotik cinayətlərinə görə məhkum edilmiş türkiyəli Diyar Gündüz tibbi müayinə zamanı silahlı şəxslərin köməyi ilə mühafizəçilərin...