Bir neçə gündür ölkə idman mətbuatında “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Rusiyanın “MATÇ” TV kanalına müsahibəsindən bir hissə yayımlanır.

BAKU.WS
  qafqazinfo-ya istinadən xəbər verir ki, orada R.Sadıqovun işğal olunmuş Qarabağ bölgəsi haqda danışığı diqqət çəkir.

Bu videonu ilk olaraq “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib. Ağdam klubunun səhifəsi də R.Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.

Müsahibə özü ötən ilin oktyabrında, London “Arsanal”ı ilə Bakıdakı oyundan əvvəl götürülüb. Qol.az-ın əldə etdiyi məlumata görə, əslində Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb. Ehtimal etmək olar ki, “Qarabağ”ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib.

BAKU.WS