Azərbaycan Paşinyanın Qarabağ bəyanatına münasibət bildirib
10
may
2018
19:26
"Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir. Bunun davam etməsinin əsas səbəbi ərazilərimizin işğal olunmasıdır. Ermənistan nə qədər ki, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmir, bu məsələnin həlli uzanır, irəli gedə bilmir. Ümid edirik ki, yeni seçilmiş Ermənistan hakimiyyəti daha konstruktiv mövqe nümayiş etdirəcək, xüsusilə işğal olunmuş ərazilərin azad olunması məsələsində reallığı nəzərə alacaq. Onda danışıqlar prosesini sülh yolu ilə həll olunması prosesini irəli aparmaq olar".BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.X. Xələfov bildirib ki, separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirakını təklif etmək düzgün deyil."Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir. Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil. Gündəlikdə olan vacib məsələlərdən biri də məcburi köçkünlərin işğal olunmuş torpaqlara qayıtmasıdır", - deyə o vurğulayıb.Qeyd edək ki, bu bəyanatla Ermənistanın yeni baş naziri Nikol Paşinyan çıxış edib.BAKU.WS
Oxşar xəbərlər
“Seçkidən sonra intensiv danışıqlar başlayacaq” – Razılıq əldə olunub
Azərbaycana səfər əsnasında prezident İlham Əliyev tərəfindən qəbul edilən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrin detalları məlum olub.Xa...