“Seçkidən sonra intensiv danışıqlar başlayacaq” – Razılıq əldə olunub
07
fev
2018
21:15
Azərbaycana səfər əsnasında prezident İlham Əliyev tərəfindən qəbul edilən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrin detalları məlum olub.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.BAKU.WS
Oxşar xəbərlər
Fransalı həmsədr Bakıya gəlib
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Bakıya gəlib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu gün rusiyalı həmsədr İqor Popovun da səfər ed...