Rusiyanın "Terek” klubunun vitse-prezidenti Haydar Alxanov Rusiya Futbol İttifaqı tərəfindən tətbiq olunacaq yeni maliyyə layihəsinin klubların maliyyə vəziyyətlərinə müsbət təsir edəcəyini hesab edir. 


BAKU.WS-in məlumatına görə, yeni layihəyə əsasən Rusiya klublarında forma geyinən 23 yaşdan aşağı futbolçular ayda 2 milyon rubldan artıq məvacib ala bilməyəcəklər. 


"Bu addım klublar üçün çox sərfəlidir. Amma burda digər təhlükəli məqam da var. Klublar bu məvacib həddi ilə heyətlərinə yaxşı futbolçu cəlb edə biləcəklərmi? Belə olan halda yaxşı futbolçular Qazaxıstan, Özbəkistan və Azərbaycana gedəcəklər. Orada yaxşı pul verirlər. Hazırda bizdə də vəziyyət pis deyil. Bəzi klublar futbolçulara aylıq 50-60 min dollar pul ödəyir. Futbolçunu buna görə qınamaq da düzgün deyil”, - deyə Haydar Alxanov bildirib. 


BAKU.WS