"Anam yaddaşını itirib, məni belə xatırlamır"
Əməkdar artist Mətanət İsgəndərlinin anası Alzheimer xəstəsi olub.
Müğənni "Qonaqcanlı" verilişində anasının yaddaş problemləri yaşadığını bildirib. O deyib ki, anası bəzən dünyasını dəyişən oğlunu belə xatırlamır:
"Qardaşımı itirəndən sonra anam o qədər fikir etdi ki, yaddaşı gedib. Hərdən yadından çıxır ki, oğlu vəfat edib. Bir tərəfdən sevinirəm, deyirəm, ay Allah, sənə qurban olum. Fikirləşirdim ki, anam bu dərdlə necə yaşayacaq? Allah elə edib ki, yaddaşı pozulub və bunu xatırlamır. Deyir, gülür, yeyir.
Ancaq uşaqlıq və gənclik illərini yaxşı xatırlayır. Bəzən məni də tanımır. İnsanlar paylaşımlarıma baxıb yazırlar ki, niyə elə baxır? Bilmirlər ki, anamın yaddaşı zəifləyib. Məni tanımır, hərdən mənə "ana" deyir. Həm bizi güldürür, həm də ürəyimizi ağrıdır. Allahın işidir".
Oxşar xəbərlər
Əməkdar artistin evində yanğın olub
Əməkdar artist Səlim Abbasovun evində yanğın olub. BAKU.WS xəbər verir ki, bu barədə musiqiçi sosial şəbəkə hesabında bildirib. O mənzilindən görüntülər paylş...