SİZİN REKLAM BURADA!
055 213 76 73


 

UEFA Super Kubokunun sahibi məlum olub.
 
BAKU.WS-in məlumatına görə, "Barselona"-"​​Sevilya" arasında baş tutan qarşılaşma bol qollu keçib. İlk qolu "Sevilya" matçın 2-ci dəqiqəsində cərimə zərbəsindən vurub. Bu qola cavab isə gecikməyib. "Barselona" Messi ilə yenə cərimə zərbəsindən bərabərlik qolunu vurub. Matçın 16-cı dəqiqəsində Messi yenidən səhnəyə çıxıb. Bu dəfə də qol cərimə zərbəsindən gəlib. Argentinalı futbolçu uzaq məsafədən vurduğu qolla klubunu hesabda irəli çıxarıb. 
 
Birinci hissənin sonuna az qalmış "Barselona" fərqi iki topa yüksəldib. Luis Suarezin qapı önünə atdığı pası Rafinya tamamlayıb və hesabı 3:1-ə gətirib. İkinci hissəyə də yaxşı başlayan "Barselona" ​​52-ci dəqiqədə hesabı 4-1 edib. Tremoulinasın səhvini bağışlamayan Buskest topa sahib olub və Luis Suarezə pas atıb. Uruqvaylı futbolçu isə əlinə düşən şansdan yaxşı istifadə edərək topu tora göndərib. 
 
57-ci dəqiqədə isə "Sevilya" Reyeslə ikinci qolunu vurub. Növbəti qol 72-ci dəqiqəyə təsadüf edib. Kevin Qamerio "Sevilya" lehinə verilən penalı qola çevirərək hesabı 4:3-ə çatdırıb. 81-ci dəqiqədə isə "Sevilya"nın yeni transferi Konoplyanka hesabı 4-4 edib. 

Əlavə vaxta gedən matçın 115-ci dəqiqəsində Pedro son nöqtəni qoyub. Hesab 5:4 "Barselona" lehinə bitib. Kataloniya klubu tarixində beşinci, 2011-ci ildən bu yana isə ilk dəfə kuboku muzeyinə aparıb.
 
BAKU.WS