
ASC-dən BAKU.WS-ə verilən məlumata görə, 9 və 10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zağulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq (yol bağlanmayacaq).
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
BAKU.WS