SİZİN REKLAM BURADA!
055 213 76 73




Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq. "Parken" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtıyla 22:45-də start götürəcək.

Qitənin ən ali turnirində pley-offa vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan "Qarabağ"ımız bu gün yeni bir tarix yaza bilər. İlk oyunda 1:0 hesabıyla qalib gələn komandamız bu gün sərfəli nəticə qazanarsa, Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açacaq.

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. “Parken” stadionu

BAKU.WS