SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn Ağdamın "Qarabağ” futbol komandası Moldovadan vətənə qayıdıb.
 
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, komandanı gətirən təyyarə saat 5.00-da Bakıya enib.
  
"Qarabağ”ın futbolçularını hava limanında azarkeşlər qarşılayıb.
 
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ” ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Moldovada bu ölkənin ən titullu klubu "Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə 1:2 hesablı qələbəyə sevinib. Tiraspolda uğur qazanmaqla "Qarabağ” "play-off” mərhələsinə vəsiqəni təmin edib. "Qarabağ” qitənin ən nüfuzlu klub turnirində "play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.
 
BAKU.WS