Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev və yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov "Formula 2" yarışlarını izləyir. 
 
BAKU.WS-in məlumatına görə, Rafael Ağayev və Fərid Mansurov bolidin fonunda selfi edib. Fəxri qonaq kimi yarışlara təşrif buyuran əfsanəvi idmançılar "Formula 1" Qran Prisi-nin texniki zonasında yer alıblar. 
 
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 "Formula-1” Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci "Formula-1” yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Bundan başqa, Bakıda keçiriləcək "Formula-1” yarışının rəsmi adı dəyişdirilərək, təqvimdə "Formula-1” Azərbaycan Qran-prisi kimi öz yerini alıb.
 
Şahin
BAKU.WS